Accessibility links

Breaking News

ABŞ İrana qarşı əlavə sanksiyaların tətbiqi üçün müttəfiqlərə qoşulur


İran rejimi tərəfindən insan hüquqlarının pozulmasına görə məsuliyyət daşımaq üçün Birləşmiş Ştatlar Böyük Britaniya və Avropa İttifaqı ilə əməkdaşlıq edərək əlavə 10 İranlı şəxsə, eləcə də daha bir İran qurumuna sanksiya tətbiq edib.

İranın kəşfiyyat nazirinin müavini və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsas komandirləri sanksiyalara məruz qalıb.

ABŞ Maliyyə Nazirliyi bəyanatında bu təşkilatı SEPAH Kooperativ Fondunu "İİKK əməkdaşlarına və onların biznes maraqlarına rüşvət vermək üçün fond" adlandırıb. Həmçinin şuraya daxil olan beş nəfər müəyyən edilib.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: "Bugünkü tədbir müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində İran hakimiyyətinin dinc nümayişçilərə qarşı qəddar və zorakı repressiyaları ilə əlaqəli iranlı şəxslərə və qurumlara qarşı tətbiq edilən sanksiyalar seriyasının sonuncusudur".

Etibarlı insan haqları qrupları hesab edir ki, 22 yaşlı Məhsa Əmininin polis nəzarətində öldürülməsindən sonra sentyabr ayında ümummilli etirazlar başlayandan bəri etirazlarla əlaqədar 19 000-dən çox adam həbs edilib; İran təhlükəsizlik qüvvələri 500-dən çox insanı öldürüb; ondan çox ölüm hökmü çıxarıb; 4 nəfər edam edilib.

Birləşmiş Ştatlar tərəfindən bu yaxınlarda sanksiya tətbiq edilənlər arasında hazırkı amansız repressiyaların əsas qəhrəmanı olan SEPAH-ın bir neçə yüksək səviyyəli lideri də var.

Dövlət katibi Antoni Blinken bəyanatında qeyd edib ki, onlardan ikisi, Məhəmməd Nəzər Əzimi və Karuş Asibani "İran təhlükəsizlik qüvvələrinin etirazlar başlayandan bəri ən pis hərəkətlərini həyata keçirdikləri iddia edilən SEPAH-ın komandanlıq hissələridir".

Bu hərəkətlərə silahsız nümayişçilərin həqiqi güllələrlə güllələnməsi və yerli xəstəxanalarda yaralılara qan torbası çatdırmağa çalışan maşınlara atəş açılması daxildir.

Dövlət Departamentinin sözçüsü Prays bildirib ki, yeni təyinatlar "İran rejiminə çox aydın siqnaldır ki, dünya bunu izləyir və dünya İran rəsmilərinin öz xalqlarına qarşı törətdiyi zorakılığa cavab olaraq tədbir görməyə hazırdır... Əgər İran insan haqları pozuntuları ilə məşğul olmaqda davam edərsə, İrana daha çox təzyiq göstərməkdə davam edəcəyik".

Blinkenin dediyi kimi Birləşmiş Ştatlar "qeyri-adi repressiyalar qarşısında cəsarətli gənc qadınların başçılıq etdiyi fundamental hüquqların müdafiəsində cəsarətli iranlıları dəstəkləməksə davam edəcək".

XS
SM
MD
LG