Accessibility links

Breaking News

ABŞ Husi komandirinə sanksiyalar tətbiq edir


rwabee
rwabee

Yəməndə müharibə davam edir. Husi üsyançıları 2014-cü ildə Yəmən hökumətinə qarşı hücuma başladıqları zamandan bəri münaqişə nəticəsində 233 mindən çox insan ölüb və ölkədə dünyanın ən pis humanitar böhranlarından biri başlayıb. Belə ki, Yəmənin 30 milyonluq əhalisinin təxminən 80 faizi həyatda qalmaq üçün yardımdan asılıdır.

ABŞ hökuməti bu yaxınlarda husilərin nəzarət etdiyi logistika səhusi rəsmisi və hərbi logistika dəstəyi təşkilatına başçılıq edən hərbi komandir Saleh Məsfər Əlşairə sanksiyalar tətbiq edib. Maliyyə Nazirliyinin bildirdiyinə görə, Husilərin lideri Əbdül Malik Əl-Husinin yaxın müttəfiqi olan Əlşair “Husilərin Yəməndə 100 milyon dollardan çox dəyəri olan mülkləri qanunsuz taktikalar, o cümlədən qəsb yolu ilə ələ keçirmələrinə nəzarət edib.” Husilərin əleyhdarlarından müsadirə olunan aktivlər Husilərin hərbi səylərini maliyyələşdirmək üçün istifadə olunub və “qeyri-sabitliyə səbəb olub və Yəmən xalqının onsuz da qeyri-adi iztirablarını artırıb,” Maliyyə Nazirliyi bəyanatında bildirib.

Yəmən vətəndaşları Əlşairin onların əmlaklarını müsadirə etmək cəhdinə etiraz etdikləri zaman, o, onları məsbur etmək üçün qəsb və həbsə əl atır. “Əlşairə meydan oxuyanlar Husilərin nəzarət etdiyi Milli Təhlükəsizlik Bürosu tərəfindən qeyri-müəyyən müddətdə saxlanılıblar və onlara yalandan casus damğası vurulub,” Maliyyə Nazirliyi elan edib.

“Salih Məsfər Əlşair Yəmən vətəndaşlarının əmlaklarını əllərindən almağa və münaqişəni uzadan müsadirələr kampaniyasını idarə edən əsas Husi hərbi zabitdir,” Xarici Aktivlərə Nəzarət İdarəsinin direktoru Andrea M. Qaki bildirib. “Birləşmiş Ştatlar Yəməndəki böhranı pisləşdirənləri ifşa etmək və onların qlobal maliyyə sistemlərinə çıxışlarına imkan verməmək qətiyyənindədir”

Bu sanksiyalar nəticəsində Saleh Məsfər Əlşairin Birləşmiş Ştatlarda olan və ya ABŞ-dakı insanların ixtiyarında ya da nəzarətindəki bütün əmlakları blok olunacaq. Bundan əlavə amerikalıların onunda iş görmələri qadağan olunur.

“Bu addım Yəmən xalqına Birləşmiş Ştatların onları dəstəklədiyinə dair mesajdır,” Dövlət Katibi Antoni Blinken bəyanatında bildirib. “Biz Yəməndə humanitar böhran yaradanları və Yəmən xalqının iztirablarından faydalanmağa çalışanları hədəf almaqdan çəkinməyəcəyik.”

XS
SM
MD
LG