Accessibility links

Breaking News

USAID Kremlin zərərli təsirinə qarşı mübarizə aparır


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Son bir neçə ildir Rusiya höküməti qonşularını daha asılı vəziyyətə gətirmək məqsədilə transatlantik birliyə xələl gətirməyə və demokratik qurumları zəiflətməyə çalışır.

Bu səbəbdən də USAID ötən yay Kremlin zərərli təsirinə qarşı mübarizə proqramını (CMKI) başladıb. USAID tərəfdaş ölkələrin iqtisadi və demokratik dözümlülüklərini inkişaf etdirməklə Kremlin demokratiyaya və Avropa və Avrasiyanın öz-özündən asılılığına xələl gətirmək cəhdlərinn nəticələrini yumşaldır.

USAID-in Avropa və Avrasiya üzrə administrator köməkçisi Brok Birmanın sözlərinə görə, CMKI-ın diqqət mərkəzində "Rusiya və ya Rusiya xalqı deyil.”

“Proqramın məqsədi ölkələrə öz qərarlarını vermələrinə yardım etmək, onları daha sərbəst, daha müstəqil etmək və qərar vermələrinə imkan yaratmaqdır.”

Birman deyib ki, CMKI-ın diqqəti dörd spesifik məsələyə ayırılıb:

“Ən başda demokratiya və idarəçilik gəlir ki, bu, bütün ölkələrdə demokratiya yaratmaq, insanlara hökümətlərinin aqibətləri barədə qərar verməyə imkan vermək, onların hökümətdə onları təmsil etmələrini istədikləri insanları seçmələrini təmin etmək cəhdidir. İkinci, biz dezinformasiya və müstəqil media üzərində işləyirik. İnsanların xəbərləri əldə etdikləri mənbələrə güvənə bilmələri mühümdür. Biz isə onlara bu anlamda yardım edirik. Üçüncüsü biz onlara enerji mövzusunda yardım edirik və ölkələrə enerji baxımından daha müstəqil olmalarına kömək edirik."

Proqramın sonuncu məqsədi isə iqtisadiyyat və bu ölkələrə ticarət və əməkdaşlıqlarını hansı ölkə ilə aparmaqlarına özlərinin qərar vermələrinə imkan yaratmaqdır.

Birman deyib ki, “Kremldən fərqli olaraq biz çox şəffafıq.”

Asılılıq yaratmaq istəyən təkcə Kreml və onun vasitəçiləri deyillər. Hərçənd ki, müxtəlif zərərli oyunçular da başqa taktikalara əl ataraq təhlükəyə açıq ölkələrə daha çox təsir etməyə çalışırlar. Birman deyib ki, onlara Çin Xalq Respublikası və Çin şirkətlərinin qeyri-şəffaf və yanlış biznes praktikaları daxildir.

“Biz tərəfdaşlarımıza daha müstəqil olmağa yardım etməyə çalışırıq. Onların Çinlə əldə etdikləri razılıqları anladıqlarını, təhlükəsizlik və gizlilik problemi yarada bildəcək texnologiyadan istifadə etdiklərini, texnologiya və ya adavanlığa imza atdıqlarında nəticələrin nə olduğunu dərk etdiklərini təmin etməyə çalışırıq.

Birman CKMI və USAID-in gördüyü işlərlə bağlı daha çox məlumat əldə etmək istəyənlərə https://www.usaid.gov/ saytına daxil olmağı məsləhət görür.

XS
SM
MD
LG