Accessibility links

Breaking News

USAID-nin Qlobal İnkişaf Laboratoriyası


Altı il əvvəl ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) elm, texnologiya, yenilik və ortaqlığın artan tətbiqi ilə ekstremal yoxsulluğa son qoymağı hədəfləyən innovativ mexanizm olan Qlobal İnkişaf Laboratoriyasını işə salıb.

"Laboratoriya təkcə proqramları yerinə yetirməyə deyil, proqramları yalnız Amerika vergi ödəyicilərinə, həm də inkişaf müdaxilələrindən faydalananlar qarşısında daha yaxşı, daha səmərəli və daha hesabatlı etmək üçün yollar tapmağa həsr olunmuş bir qurumdur," Qlobal İnkişaf Laboratoriyası Bürosunun icraçı direktoru Harri Bader bildirib.

“Biz USAID-in və beynəlxalq tərəfdaşlarımızın bölgələrdə beynəlxalq inkişafın bütün sahələrini əhatə edirik. Beləliklə, laboratoriya xəstəliklər, hədsiz yoxsulluq, savadsızlıq kimi mövzularda inkişaf hədəfləri daxilində elm, açıq innovasiya və rəqəmsal texnologiyanın tətbiqində iştirak edir. Dünyada demokratiyaya və müxtəlifliyə qarşı dözümlülüyün artırılmasına və sivil potensial təşkilatlarını qurmağa çalışırıq."

Laboratoriya bütün USAID üçün innovasiya mərkəzidir.

"Elmi araşdırmalara ilk növbədə dünyanın yüzdən çox fərqli universitetinin konsorsiumu vasitəsilə diqqət ayırırıq."

“Başa düşürük ki, agentliyimiz bəşəriyyəti və onun inkişafını ilə bağlı narahatedici suallara cavab vermir. Beləliklə, bizim işimiz 100-dən artıq qlobal konsorsiumun tədqiqat potensialından istifadə etməklə real problemlərə tətbiq etməkdir.

İnkişaf etməkdə olan ölkələrdə beynəlxalq elm ictimaiyyətllə işləyən həmyaşıdlar proqramı ilə onların beynəlxalq elmi araşdırma tərəfdaşlarına öz potensiallarını və bərabər dərəcədə töhfə vermək qabiliyyətlərini inkişaf etdirmələri üçün dəstək verməyə kömək edəcəyik. Nəhayət, İnkişaf İnnovasiya Müəssisələri adlanan flaqman proqramı var,” Bader bildirib.

"Bu, dünyanın istənilən yerindən istənilən mövzuda hər kəsin yaxşı bir bildirəcəyi bir sistemdir. Bu halda laboratoriya onlarla işləyəcək. Bu, müəyyən mərhələlərdə görülən işlərə görə ödəniş, qeyri-ənənəvi tərəfdaş qurmaqla öz ölkələri və ya digər ölkələrdə inkişafa bərabər töhfə vermələrə üçün dəlillərə əsaslanan bir prosesdir.”

"Biz rəqəmsal vasitələr, süni intellekt, yeni alqoritmlər, hesabat sistemləri, zəncirvari kripto valyutalarından istifadə edirik," Harri Bader bildirib.

XS
SM
MD
LG