Accessibility links

Breaking News

USAID Yaxın Şərqdə özünəinamı inkişaf etdirir


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

“USAID otuz-əlli il arası müddətdə Mərakeşdən tutmuş İraqa kimi Yaxın Şərqin demək olar hər bir ölkəsində fəal olub,” USAID-in Yaxın Şərq proqramı üzrə administrator yardımçısı Maykl Harvi bildirib:

“Bu, uzun müddət davam edən davamı əməkdaşlıq olub və diqqət bu ölkələrin öz aqibətlərə nəzarət etmək və özləri üçün gələcək qurmaq bacarığının inkişaf etdirilməsinə yönəlib.”

O bu yaxınlarda verdiyi müsahibədə deyib ki, ABŞ vergiödəyicilərinin regionda xərclədiyi pulların çoxu insanların içməli su sistemləri kimi gündəlik həyatlarına təsir göstərən şeylərə xərclənib.

“Amma böyük ehtimalla USAID bu son otuz və ya əlli ildə etdiyi ən önəmli şey Yaxın Şərqdəki ölkələrdə potensialın gücləndirilməsi olub. Bu səbəblə təlimlərə çox pul, vaxt və səy sərf olunub. Buna həkimlərin təlimi, müəllimlərin təlimi, maliyyə nazirliyi, planlaşdırma nazirlikləri daxildir.”

O deyib ki, onu ən çox regiondakı hər hansı universitetə gedəndə oradakı müəllim heyətinin böyük hissəsinin USAID-in təqaüdləri ilə Birləşmiş Ştatlarda təlimdən keçdiyini görmək qürurlandırır.

“Biz onillər boyu insanlara, insan kapitalına qoyulan sərmayenin bu ölkələrdə müasirləşməyə, biznes qurmağın və cəmiyyətin formalaşmasının yeni yollarına gətirib çıxardığını görmüşük”

Cənab Harvi ərəb ölkələrinin çoxunda kəskin müasirləşmənin baş verdiyiniə diqqət çəkib. O deyib ki, problem müasirləşmənin sürətinin regiondakı gənclərin gözləntilərindən yavaş olmasıdır.

“Ona görə də, Biz Mərakeşdən tutmuş İrana kimi hər ölkədə gənclərin küçələrə çıxdığını görürük. Onlarn hamısı eyni şey haqda danışır. Onlar hökümətin cavabdeh olmasını istəyirlər. Onlar hökümətin dürüst olmasını istəyirlər. Onlar hökümətin şəffaf olmasını istəyirlər. Onlar idarəçilikdə söz sahibi olmaq istəyirlər. Və onlar iqtisadiyyatlarının müasirləşdiyini, dünyaya açıldığnı görmək istəyirlər. Onlar normal ölkənin necə olduğunu, ora səyahət edib, sərmaye qorub, biznesnes qurmağın mümkün olduğu bilirlər. Onların görmək istədikləri gələcək budur.”

USAID onillər boyu etdiyi kimi, Yaxın Şərqdə bu gələcək üçün çalışan insanların istəklərini dəstəkləməyə davam edəcək.

XS
SM
MD
LG