Accessibility links

Breaking News

Venesuelalılara yardım etmək üçün innovasiyalar


Nikolas Maduronun qeri-legitim rejiminin yanlış idarəçiliyi və korrupsiyası Venesuelanı tarixinin ən pis humanitar, siyasi və iqtisadi böhrana qərq edib.

Birləşmiş Ştatlar həm ölkə daxilində həm də xaricində venesuelalılara yardım səylərinə yüz milyonlarla dollar pul xərcləyib. Lakin humanitar yardım qısa müddətli bir çıxış yoludur. Bizim uzun müddətli həll yolları üçün ideyalara ehtiyacımız var. Buna görə də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Amerikalararası İnkişaf Bankı Better Together və ya Juntos-Es-Mejor adlı təşəbbüsə start verib.

BetterTogether müsabiqəsi “açıq innovasiyanın tətbiq edilməsinin başqa bir yoludur. Burada həm Venesuela daxilində həm də Venesueladan kənarda Venesuela xalqına yardım etmək üçün dünyanın hər yerindən hər kəs hər an hər hansı mövzu ilə bağlı ideyalar irəli sürə bilər,” USAID-in Qlobal İnkişaf Laboratoriyasının sabiq icraçı direktoru Harri Beyder bildirib. Laboratoriya İnnovasiya, Texnologiya və Araşdırma Mərkəzini Demokratiya, İnkişaf və İnnovasiya Bürosunun tərkibinə daxil edib:

“Venesuelada yaşamağın çətinliyi, travmasını və məhrumiyyətini yaşayan, daha sonra rejimdən qaçıb, xaricdə müvəqqəti həyat qurmağın yollarını axtaran insanlar şəxsi təcrübələrindən istifadə edə və heç bir inkişaf agentliyinin, haqqında bilik və düşüncə sahibi olmadığı ideyalar inkişaf etdirə bilərlər, çünki bunu edən biz deyilik. Bu, venesuelıların yaşadığı təcrübələrdir ki, onların özlərinin yaratdığı ideyalara çevrilə bilər.”

“Bu mükafatların maraqlı tərəfi odur ki, onlar həm böyük, həm balaca ola bilər,” Beyder bildirib.

“Biz təmiz suya çıxış kimi layihələr həyata keçiririk. Biz insanlara qohumlarını tampağa yardım etməj üçün digital forumlar yaradırıq. Biz insanlara təhlükəsizlik axtarışında və ya ailələrinə yarım məqsədilə miqrasiya etdikləri və hazırda yaşadıqları ölkələrin qanun və qaydalarına uyğun olaraq işlər tapmağa yardım etmək üçün forumlar yaradırıq.”

USAID BetterTogether təşəbbüsünün parçası olaraq Venesuela daxilində və kənarda yaşayan venesuelalılar və region boyu yaşayan braziliyalılar, perulular, kolumbiyalılar və amerikalılarla işləyir.

USAID-in administrator müavinin vəzifəsinin müvəqqəti icra edən Con Barsa oktyabr ayının sonunda USAID-in qrantlarının qaliblərini açıqlayıb: “MƏn bu gün USAID-in Venesuela, Çili və Kolumbiyada BetterTogether təşəbbüsü çərçivəsində 1 milyon dollarla üç yeni layihəni maliyyələşdirəcəyini elan edirəm” o deyib.

“Minlərlə insanın həyatlarını yaxşılaşdıracaq bu yeni mükafatlarla birlikdə USAID və IDB-nin dəstəklədiyi ümumi layihələrin sayı 19-a çıxdı, əlavə layihələr isə yoldadır.”

BetterTogether təşəbbüsü ilə bağlı əlavə məlumat üçün www.JuntosEsMejorVE.org saytına daxil olun.

See comments

XS
SM
MD
LG