Accessibility links

Breaking News

Yəməndə ehtiyacı olanlara yardım çatdırmaq


Qız ailəsinin daxili kpçkünlər üçün quraşdırılmış düşərgədəki daxması qarşısında. Səna, Yəmən. 1 mart, 2021.
Qız ailəsinin daxili kpçkünlər üçün quraşdırılmış düşərgədəki daxması qarşısında. Səna, Yəmən. 1 mart, 2021.

Yəməndəki humanitar vəziyyət ABŞ üçün olduqca ciddi narahatlıq doğurmaqda davam edir. Yəmənin böyük donorlarından biri olan ABŞ 6 il əvvəl böhran başladığı gündən bəri Yəmən xalqının məşəqqətlərini azaltmaq üçün həmin ölkəyə $3,4 milyard dollardan çox humanitar yardım göstərib.

ABŞ bu yaxınlarda həssas durumda olan yəmənlilərin ehtiyaclarını qarşılamağa yardım edərək, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən verilən köməyə uzunmüddətli dəstəyini artırmaq üçün Yəmənin şimal bölgəsindəki QHT-lər vasitəsilə humanitar yardım maliyyəsini bərpa etdiyini açıqlayıb.

Amerika Birləşmiş Ştatları Yəmənə yanacaq, ərzaq və digər vacib ticarət mallarının sərbəst axınını dəstəkləyir. Lakin bunun üçün ticarət malların limanlardan rahat keçməsi ilə yanaşı, həm də husilərin nəzarəti altında olan ərazilər daxil olmaqla, ölkənin hər yerinə çatdırılmasına yol verilməlidir.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, təəssüf ki, husilərin BMT-nin vasitəçiliyi ilə razılaşdıqları öhdəliklərini birbaşa pozaraq dövlət qulluqçularının maaşları üçün nəzərdə tutulmuş idxaldan gələn pulların yayılması da daxil olmaqla bu axına maneə törətməkdə davam etdiyini bilirik.

“Nəticə etibarilə məmurlar maaş ala bilmir və bu səbəbdən mövcud ərzaq məhsulları almaq üçün vəsaitləri yoxdur. Husilərin yanacaq idxalı yollarını dəyişdirməsi onların nəzarəti altındakı Yəmən əhalisinin əksəriyyəti üçün humanitar böhranı daha da artırmasının bir çox yollarından biridir.

Amerika Birləşmiş Ştatları Yəmən və Səudiyyə Ərəbistanı hökumətləri ilə əhalinin ərzaq və yanacaqıa təmin edilməsi üçün bir yol tapmaq və digər ticarət mallarının Yəmən bazarlarına girişini və bu məhsullarınn qara bazarda satılmaması və yahusilər tərəfindən hərbi məqsədlər üçün ələ keçirilməməsini təmin edəcək.

ABŞ və BMT tərəfləri BMT-nin vasitəçiliyi ilə danışıqlara çağırır. Onlar tərəflərin təfərrüatlar üzərində işləmək öhdəliyini götürdüyü təqdirdə atəşkəs və limanlara giriş kimi məsələləri tez və eyni zamanda həll edilməsii üçün sürətlənmiş bir zaman cədvəli təklif edir.

"Yalnız davamlı sülh müqaviləsi ilə Yəməndəki ağır humanitar böhranı aradan qaldıracağımıza ümid edə bilərik," Prays əlavə edib.

Belə bir razılığın əldə edilməsi ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkingin nail olmağa çalışdığı məqsəddir.

XS
SM
MD
LG