Cozef Robinet Bayden Cunior yanvarın 20-də ABŞ Kapitolisinin önündə and içərək Birləşmiş Ştatların 46-cı prezidenti oldu.
Prezident Bayden inaqurasiya çıxışında bütün amerikalıları ölkənin bütün çətinliklərinin öhdəsindən gəlmək və gələcəyini təmin etmək üçün birləşməyə çağırıb.
“Tarix, inam və təfəkkür birlik yolunu göstərir. Biz bir-birimizi düşmən deyil, qonşu olaraq görə bilərik. Biz bir-birimizə qarşı ləyaqət və hörmətlə davrana bilərik. Biz güclərimizi birləşdirə, qışqırıqları dayandıra və hərarəti azalda bilərik...Bu, bizim tarixi böhran və çətinlik anımızdır, və gələcəyə doğru yol birlikdən keçir,” o deyib.
Prezident Co Baydenin Birləşmiş Ştatların sərhədlərindən kənarda olanlara da mesajı var:
“Biz ittifaqlarımızı bərpa edəcəyik və dünya ilə bir daha əlaqə quracağıq. Bunu dünənin deyil, bu günün və sabahın çətinlikləri ilə qarşılaşmaq üçün edəcəyik. Biz təkcə gücümüzün nümunəsi ilə deyil, nümunə gücümüz ilə rəhbərlik edəcəyik. Bİz sülh, tərəqqi və təhlükəsizlik üçün güclü və etibarlə tərəfdaş olacağıq.”
Həmin gün br neçə saat sonra Bayden bu məqsədləri yerinə yetirmək üçün bir neçə sərəncam imzalayıb. Bunlardan biri Birləşmiş Ştaltarın Paris iqlim sazişinə geri dönməsi üçün prosesi başlatmaq oldu. Bir digər ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxarılmasının qarşısını almaq. Digəri müsəlmanların çoxluq təşkil etdiyi, Afrika və bir neçə başqa ölkələrdən gələn insanlara tətbiq olunan səyahət qadağasını ləğv etmək, bir də ABŞ-Meksika sərhədində sərhəd divarının inşasını dayandırmaq oldu.
Prezident Bayden inaqurasiya çıxışında Birləşmiş Ştatlar xalqını “yenidən başlamağa” çağırıb. O, onları birlikdə “Amerikanın qorxu deyil, ümid; bölgü deyil, birlik hekayəsini yazmağa” çağırıb. “Bundan sonra gələn nəsillərə bizim tarixin çağırışına cavab verdiyini bildirən...Amerikanın ölkə daxilində azadlığı qoruyub saxlaya bildiyi və dünyaya bir daha mayak olduğuna dair hekayə.”