ABŞ Prezidenti Co Baydenin vəzifədəki ilk işləri arasında ABŞ-ın Rusiya ilə son nüvə silahlarına nəzarət müqaviləsi olan START müqaviləsinin beş il uzadılması barədə təklif yer alıb. Müqavilənin müddəti fevralın 5-də bitir.
Ağ Evin bildirdiyinə görə, Prezident Baden və Rusiya dövlət başçısı Vladimir Putin ilk telefon söhbəti zamanı ölkələrinin START-ın uzadılması məsələsini müzakirə və komandalarının “uzatma müddətini 5 fevrala qədər bitirmək üçün təcili çalışmaları” barədə qəbul edib.
Prezidentlərin müzakirəsindən sonra Rusiya parlamentinin hər iki palatası yekdilliklə müqavilənin beş il uzadılmasına səs verib.
Yeni START müqaviləsi 2010-cu ildə Prezident Barak Obama və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmışdı. Sənəd hər iki ölkəni 1550 nüvə başlığı və 700 raket və bombardmançı təyyarə ilə 800 yerləşdirilmiş və yerləşdirilməmiş ICBM və SLBM raket və bombardmançılardan istifadəni məhdudlaşdırırdı.
Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərlə brifinqdə deyib ki, yeni START Rusiyanın nüvə qüvvələrini məhdudlaşdıran yeganə müqavilədir və ölkələrimiz arasında strateji sabitliyin lövbəridir.
Pentaqonun mətbuat katibi Con Kirbi Rusiyanın bu müqaviləyə riayət etməsinin ABŞ-ın milli təhlükəsizlik maraqlarına xidmət etdiyini və müqavilənin müddətinin uzadılmasının amerikalıların təhlükəsizlyi üçün mühüm olduğunu deyib.
O, əlavə edib ki, müqavilənin məhdudiyyətlərinin 2026-cı ilə qədə ruzadılması hər iki ölkəyəamerikalılar üçün riskləri daha da azalda biləcək strateji nüvə silahı ehtiyatlarının yoxlanılması və nəzarət tənzimləmələrinin araşdırması üçün vaxt və imkan imkan verir.
Amerika Birləşmiş Ştatları Rusiyanın ortaya qoyduğu çətinliklər və Çinin silah nəzarətində nüvə arsenalının asürətlə böyümə potensialına yaxşı dərk edir. Prezident Putinlə müzakirələr zamanı Prezident Bayden START-ın müddətinin uzadılmasının müzakirəsi ilə yanaşı, Ukraynanın suverenliyinə təhdidlər də daxil olmaqla, Rusiya tərəfindən bir sıra sabitsizlik doğuran əməlləri - ABŞ dövlət qurumlarını təhlükəyə atan SolarWinds kiberhücumları; 2020 ABŞ seçkilərinə müdaxilə; Rusiyanın Əfqanıstandakı ABŞ əsgərlərinə mükafat verməsi barədə məlumatlar və rus dissident Aleksey Navalnının zəhərlənməsi kimi məsələri də gündəmə gətirib.
Prezident Bayden jurnalistlərə deyib ki, START müqaviləsi kimi ölkələrimizin qarşılıqlı mənfəəti naminə fəaliyyət göstərə biləcəyimizi və Rusiyaya davranışlarından narahat olduğumuzu göstərməliyik.