Pekinin Honq Konqun azadlıqlarına həmlələri durmadan davam edir.
Birləşmiş Ştatlar Milli Xalq Konqresinin Daimi Komitəsinin noybarın 11-də qəbul etdiyi və Honq Konqun Qanunverici Şurasının dörd üzvünü diskvalifikasiya edən “vətənpərvərlik” qətnaməsini sərt şəkildə qınayır.
Mətbuatda yer alan məlumata görə, qətnamə Honq Konqun icraçısına şəhərin müstəqilliyi təşviq etdiyi,xarici qüvvələrlə əməkdaşlıq etdiyi və ya milli təhlükəsizliyə təhdid yaratdığı güman edilən qanunvericiləri məhkəmə olmadan vəzifədən kənarlaşdırmaq səlahiyyəti verir.
Bu addım Honq Konq xalqının Əsas Qanunda təmin olunan nümayəndələri seçmək hüququna fundamental bir şəkildə xələl gətirir və Pekinin Çin-Britaniya Ortaq Bəyannaməsi altındakı beynəlxalq öhdəliklərina açıq etinasızlığının üstünü açır.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brayan deyib ki, Çin Kommunist Partiyası “beynəlxalq öhdəliklərini kobudcasına pozub” və Birləşmiş Ştatlar “Honq Konqun azadlığını boğmağa görə cavabdeh olanları müəyyən edib, onlara sanksiya tətbiq etməyə davam edəcək.”
Çin Kommunist Partiyası iyun ayında Honq Konqda qəddar milli təhlükəsizlik qanunu qəbul edib. Bu qanuna əsasən Pekinin təxribat, separatizm, terrorizm və xarici qüvvələrlə əlbir olmaq hesab etdiyi hər hansı fəaliyyət ömürlük həbs cəzası ilə cəzalandırıla bilər. Pekin o zamandan bəri demək olar Honq Konqda bütün demokratik prosesləri habelə Honq Konqun muxtariyyətinin, sabitliyinin və firavanlığının təməli olan bir çox hüquqi ənənələri aradan qaldırıb.
“Çin Kommunist Partiyasının təhrif edilmiş vətənpərvəlik anlayışı azadlığı və demokratiya çağırışını boğmaq üçün bəhanədir,” Dövlət Katibi Mayk Pompeo bəyanatında bildirib.
Birləşmiş Ştatlar dünya boyu müttəfiqləri və tərəfdaşları ilə işləyərək Honq Konq xalqının haqları və azadılqarını müdafiə etməyə və Pekini öhdəliklərinə əməl etmədiyinə görə qınamağa davam edəcək.
“Biz Honq Konqun muxtariyyətini və azadlıqlarını aradan qaldıran bu əməlləri edənləri və buna səbəb olan siyasət yürüdənləri cavabdeh tutacağıq,” Pompeo bəyan edib. “Biz diskvalifikasiya edilən pan-demokratik qanunvericiləri, etiraz əlaməti olaraq istefa edən demokratiya tərəfdarı qanunvericiləri və Honq Konq xalqının yanındayıq.”