Rusiya Ukraynanın şərq sahilində 100 min qoşun toplaşıb və işğalla hədələyir. Dövlət Katibi Antoni Blinken elan edib ki, bu təhlükə cavabsız qalmamalıdır. “Ukrayna müstəqil olmaq, ərazi bütövlüyünü və suverenliyini qorumaq hüququna malikdir.” Bundan əlavə “təhlükə altında olan beynəlxalq münasibətlərin fundamental prinsipləri var.”
“Bir ölkə başqa bir ölkənin sərhədlərini güclə dəyişə bilməz, necə ki, Rusiya Ukraynada edib,” Dövlət Katibi Blinken deyib:
“Əgər biz bu təməl prinsiplərin pozulub, cəzasız qalmasına imkan versək, biz təkcə Avropa deyil, dünya boyu hiss ediləcək Pandoranın qutusunu açırıq. Və bu da bizi ixtilaf, münaqişə zamanlarına və çoxlarımızın uzun illər geri qoymağa çalışdığımız daha da pis zamanlara geri götürəcək.”
Yəni, Ukraynanın aqibətindən daha böyük şeylər də təhlükə altındaıdr. Onlar həttaa Avropa və Rusiya, Birləşmiş Ştatlar və Rusiya arasındakı münasibətlərdən də böyükdür, Blinken deyib.
Birləşmiş Ştatlar NATO müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyaya diplomatiya və dialoq yolunu təklif edib. Buna ABŞ və Rusiya arasında Strateji Sabitlik Dialoqu vasitəsilə birbaşa görüşlər daxildir. İkincisi, Rusiya ilə ortaq narahatlıqları müzakirə etmək üçn NATO-Rusiya Şurası təşkil olunub. Və nəhayət Birləşmiş Ştatlar Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində 56 digər üzv ölkə, o cümlədən Rusiya və Ukrayna ilə birlikdə Avropada təhlükəsizlik məsələsini müzakirə edir.
Lakin eyni zamanda Dövlət Katibi Blinken deyib ki, ABŞ və müttəfiqləri və tərəfdaşları böyük nəticələri olacaq tədbirlər görməyə hazırdır:
“Biz hər ikisini hazırlamağa çox vaxt sərf etmişik, avropalılarla birlikdə işləyərək çox sərt sanksiya paketi hazırlamışıq. Təkcə Birləşmiş Ştatlar deyil, bütün bizim müttəfiqlərimiz və tərəfdaşlarımız da bunu etmək qətiyyəndədir.”
ABŞ həmçinin Ukraynanın müdafiə imkanlarını gücləndirməyə davam edib.
Rusiyanın pnündə iki yol var: sülh və təhlükəsizliyə aparan diplomatiya yolu; və münaqişə, ağır nəticələr və beynəlxalq qınağa aparan aqressiya yolu. Birləşmiş Ştatlar, müttəfiqləri və tərəfdaşları Ukraynanı dəstəkləməyə və hər iki yolda Rusiya ilə qarşılaşmağa hazırdır.