Accessibility links

Breaking News

Müstəqillik Günü 2022


4 İyul Amerika Birləşmiş Ştatları ad gününü qeyd edir.

Şimali Amerikanın ilk 13 koloniyasının Böyük Britaniyadan müstəqilliklərini elan etməsindən 246 il keçir. O zaman Şimali Amerika qitəsi və daha sonra ABŞ insanların yenidən başlaya biləcəyi, var-dövlət qazana biləcəyi və heç kimə tabe ola bilməyəcəyi imkanlar diyarı kimi görünürdü.

Bəziləri 1620-ci ildə bugünkü Massaçusetsdə məskunlaşan puritanlar kimi dini və ya siyasi inanclarına görə təqiblərdən qaçaraq gəldilər. Lakin 1607-ci ildə Şimali Amerikanın ilk daimi koloniyası olan Ceymstaunu quran ən erkən köçkünlər, eləcə də Amerikaya gələnlərin əksəriyyəti sonrakı dörd əsr ərzində bunu öz maliyyə vəziyyətini yaxşılaşdırmaq və daha yaxşı həyat qurmaq ümidi ilə etdilər.

Britaniya hökumətinə gəldikdə isə Britaniya tacını və dövlətini zənginləşdirmək üçün koloniyalar mövcud idi. Bu, bir millətin sərvətini ixrac vasitəsilə artırmağa çalışan iqtisadi siyasət merkantilizmi dövrü idi.

Britaniya müstəmləkəçilərinə xammal satmaq və yalnız Britaniyadan hazır məhsul almaqla məhdudlaşan istənilən istehsal forması qadağan, digər tərəfdən Britaniya idxalı kolonistlər üsyan edənə qədər getdikcə daha çox vergiyə cəlb edilmişdi.

4 iyul 1776-cı ildə Müstəqillik Bəyannaməsinin imzalanması ilə Amerika koloniyaları Britaniya monarxiyasından ayrılmaq niyyətlərini bəyan edib. Yeddi illik Amerika Müstəqillik Müharibəsi kolonistlərin qələbəsi ilə başa çatdıqda, merkantilizm də başa çatdı.

Bu, istehsalın inkişafına və ticarət üçün yeni bazarların açılmasına imkan verdi. Öz növbəsində iqtisadiyyat böyüdü, yerli sakinlərə və yeni gələnlərə həyatlarını yaxşılaşdırmaq imkanı verdi.

Lakin inqilabın gətirdiyi dəyişikliklərdən heç də hamı eyni dərəcədə faydalanmadı.

Qazancların çoxu ağdərililərin payına düşdü. Qadınlar və əsarət altına alınan afroamerikalılar inqilaba böyük töhfələr verib. Onlar olmasaydı, döyüşlərdə çox asanlıqla məğlubiyyət əldə edilərdi.

Bununla belə, müharibə bir çox qulun gözlədiyi köləliyə son qoymadı və qadınların tam hüquqları ilə nəticələnmədi. Köləliyin ləğvi üçün daha 80 il, qadınların səs verə bilməsi üçün isə bundan sonra 40 il lazım idi.

Buna baxmayaraq, Britaniya hökmranlığının sona çatması və Birləşmiş Ştatların doğulması ilə hamı üçün azadlığa gedən yol, bir pəncərə açılmağa başladı.

Müstəqillik Bəyannaməsinin müəllifi Tomas Ceffersonun sözləri ilə deyilsə, "İnsanların bərabər hüquqları və hər bir fərdin xoşbəxtliyi indi tanınır".

XS
SM
MD
LG