Accessibility links

Breaking News

BMT sülhməramlıları vasitəsilə mülki əhalinin qorunması


BMT-də Xüsusi Siyasi Məsələlər üzrə Alternativ Nümayəndə Robert Vud bildirib ki, bu il dünya boyu yüz minlərlə mülki vətəndaş silahlı münaqişələrdə ölüb vəya xəsarət alıb.

Son illərdə BMT-nin bir çox sülhməramlı əmləiyyatları münaiqşə böləgələrində mülki vətəndaşları qorumaq səylərinə başlayıb. Ambassador Vud deyb ki, buna nümunə Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Afrika Respublikasında Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyasıdır (MINUSCA):

“On ilə yaxındır ki, Missiya silalı qruplar tərəfindən zorakılığın qarşısını alaraq, humniatar yardımım təhlükəsiz şəkildə çatıdırlmasına vasitəçilik edərək, sülh prosesini dəstəkləyərək və silahsızlanmanı, demobilizasiyanı və reinteqrasiyanı təbliğ etməklə Mərkəzi Afrika Respublikası boyu təhlükəsizlik və sabitliyi təbliğ etmək üçün işlər görür.”

Eynilə BMT-nin Konqo Demokratik Respublikasındakı sülhməramlı qüvvəsi (MONUSCO) də mülki vətəndaşların müdafiəsini, o cümlədən məcburi köçkünlərin təhlükəsizliyini prioritetləşdirir. MONUSCO Qoma şəhəri və ətraf əraziləri M23 silahlı qruplaşmasından qoruyur və məcburi köçkünlərə yardımın davamlı şəkildə çatdırılmasını təmin edir.

Bu ay BMT-nin Cənubi Sudan üzrə sülhməramlı missiyası (UNMISS) icmalararası zorakılığın Cənubi Sudanda yeni köçkünlərin müdafiəsinə zərurət doğrumasından sonra Qərbi Ekvatoriya Ştatının Tambura şəhərində gecə-gündüz patrullar həyata keçirib.

Səfir Vud qeyd edib ki, sülhü qorumaq təhlükəsiz deyil.

“Yanvarın sonunda Sudanla Cənubi Sudan arasında mübahisəli sərhəd ərazisi olan Abyeidə onlarla mlüki insanın ölümünə səbəb olan icmalar arası zorakılığa cavab verən – biri qanalı, digəri pakistanlı olan - iki sülhməramlı həyatını itirib, BMT-nin Abyei üzrə Müvəqqəti Təhlükəsizlik Qüvvəsinin bir neçə başqa əməkdaşı isə yaralanıb.”

Haiti və Sudanla bağlı isə səfir Vud deyib ki, beynəlxalq ictimaiyyət bu çətinliklərin öhdəsindən gəlmək üçün yeni alətlər hazırlamaqla mübarizə aparır.

“Haitidə sabitliyi pozan və ölümcül qanqster zorakılığı fonunda Təhlükəsizlik Şurası bir araya gələrək Çoxölkəli Təhlükəsizlik Dəstəyi Missiyasını yaradıb ki, o, Kenyanın rəhbərliyi altında yaxında əraziyə göndərilə bilər. Darfurda 20 il öncə BMT və Afrika İttifaqı UNAMID [Darfurda BMT-Afrika İttifaqı Missiyası] vasitəsilə mülki vətəndaşları qorumaq üçün bir araya gəlib.”

“Mülki şəxslərin müdafiəsi hamının mənəvi borcudur və beynəlxalq humanitar hüququn əsasını təşkil edir,” səfir Vud bəyan edib. “Bu, BMT Nizamnaməsinə uyğun olaraq daha dinc və təhlükəsiz dünyaya uğrunda səy göstərərkən mülki şəxslərin müdafiəsini dəstəkləmək bu Şuranın üzvləri olaraq bizim borcumuzdur.”

XS
SM
MD
LG