ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi səfir Maykl Karpenter bildirib ki, Rusiya qüvvələri Ukraynanın cənubundakı Xerson vilayətini insan haqlarını dəhşətli şəkildə pozmaqla ilhaq etməyə çalışır.
Xerson, “mənim Kremlin dəhşət laboratoriyası adlandırdığım əməliyyatın bir hissəsinə çevrilib . . .Biz görürük ki, Kreml Ukraynanı Rusiyaya daxil etmək cəhdini həyata keçirir.”
Xerson vilayətində 600-ə yaxın insanın “işgəncə kameraları” kimi xidmət edən xüsusi təchiz olunmuş zirzəmilərdə saxlandığına dair dəhşətli məlumatlar var. Saxlanılanlar arasında yerli məmurlar, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və Rusiya qüvvələrinin Xerson və onun bölgəsində Ukrayna tərəfdarı mitinqlərdə iştirak etdiklərini müəyyən etdiyi şəxslər var.
Bundan əlavə Xerson sakinlərinin alçaldıcı şəxsiyyət yoxlamalarına və tez-tez zorakı sorğu-suallara məruz qaldıqları deyilir. Rusiya qüvvələri yerli mülki əhalini təcridxanalarda və ya “filtrasiya məntəqələrində” saxlayır və Ukrayna hökuməti və ya müstəqil media qurumları ilə hər hansı bir əlaqələri ilə bağlı sorğu-sual edir. Deyilənə görə, bu proses bir neçə günlük həbs və sorğu-sualdan ibarət ola bilər və daha sonra Rusiya qüvvələri kimi öldürüb, işgəncə verib, qeyri-müəyyən müddətdə saxlayacaqlarına və ya zorla Rusiyaya köçürəcəklərinə qərar verirlər.
Səfir Karpenter deyib ki, Rusiya 2014 və 2015-də Donetsk və Luhanskda etdiyi kimi Xerson bölgəsinin nəzarətində olduğu hissələrinə öz kuklalarını və proksilərini təyin edir.
Bu arada isə Rusiya hökuməti Rusiyanın nəzarət etdiyi ərazilərdə insanların etibarlı məlumat əldə etmələrinin, maliyyə tranzaksiyaları həyata keçirmələrinin, və ya ünsiyyət qurmaq imkanlarının qarşısını almaq üçün internetə çıxışa ya əngəl olur ya da kəsir.
Məktəblərdə direktorlar Rusiya Federasiyasının tədris planına keçməyə məcbur edilir, ancaq bir çoxu təhlükəsizlikləri bahasına bunu etməkdən imtina edir.
Rusiya həm də iqitsadi baxımdan gələcək ilhaqa hazırlıq görür. Yerlilər rus rublundan istifadə etməyə və əlkanlarını yeni kukla administrasiya ilə qeydiyyata almağa məcbur edilir.
Səfir Karpenter bəyan edib ki, Rusiya BMT xartiyasını və Helsinki Yekun Aktının bütün on prinsiplərini pozur. Birləşmiş Ştatar inanır ki, Rusiya Prezidenti Vladimir Putin və onun qüvvələri Xerson və Ukraynanın başqa yerlərində etdikləri dəhşətli vəhşiliklərə görə cavab verməlidirlər.