Birləşmiş Ştatlar Türkiyəni İsveçin NATO-ya üzvlüyünü tez bir zamanda ratifikasiya etməyə çağırır. İsveç qonşusu Finlandiya ilə birlikdə uzun müddət davam edən hərbi neytrallıq siyasətini kənara qoyub və keçən il Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra NATO-ya üzv olmaq üçün müraciət edib.
Finlandiya NATO-ya rəsmi olaraq apreldə qoşulub, ancaq Türkiyə və macarıstan hələ də İsveçin üzvlüyünü təsdiqləməyiblər. NATO-nun ittifaqın bir üzvünə hücumun hər birinə hücum edildiyini bildirən 5-ci maddədə vurğulanan siyasətinə əsasən, İttifaqımıza yeni üzvlər bütün üzvlər tərəfindən təsdiqlənməlidir.
Dövlət katibi Antoni Blinken İsveçin baş naziri Ulf Kristerssonla mətbuat konfransı zamanı deyib ki, Birləşmiş Ştatlar İsveçin ittifaqa qoşulma prosesinin NATO liderləri iyulda Vilnüsda sammit üçün bir araya gəldiyi zaman tamamlanmasını istəyir.
“Biz bilirik ki, bu proses başa çatdığında ittifaq daha güclü olacaq,” o deyib. “Ona görə də, biz həm Türkiyə həm də hələ də imzalamayan Macarıstanı mümkün qədər tez bir zamanda ratifikasiya etməyə çağırırıq. Əlavə vaxt üçün heç bir səbəb yoxdur. İsveç indi hazırdır. Bu qərar indi verilməlidir.”
Dövlət katibi Blinken deyib ki, İsveç Finlaniya kimi Türkiyənin qaldırdığı legitim təhlükəsizlik narahatlıqlarını həll etmək üçün “çox əhəmiyyətli addımlar atıb:”
“Bu səbəblə də biz bu prosesin növbəti həftələrdə yekunlaşdırılmasını gözləyirik. Bizim bunun ola biləcəyinə, olmalı olduğuna şübhəmiz yoxdur və biz bunun olmasını gözləyirik.”
Dövlət katibi Blinken İsveçin uzun müddət NATO-nun tərəfdaşı olduğunu və “NATO-ya, onun missiyasına və üzvlərinə sadiqliyini subut etdiyini” deyib:
““İllər, onilliklər ərzində NATO üzvləri ilə çiyin-çiyinə işləyən yüksək bacarıqlı qüvvələrə malik güclü, canlı demokratiya, 5-ci maddə də daxil olmaqla, Alyansımızın əsasını təşkil edən öhdəlikləri yerinə yetirməyə tam sadiqdir.”
O həmçinin İsveçin Rusiya qəddar tammiqyaslı hərbi müdaxiləyə başlayandan sonra Ukraynaya 2 milyard dollar dəyərində hərbi, humanitar və iqtisadi yardım göstərmək üçün necə sürətlə hərəkət etdiyini qeyd edib.
“Çətin zamanlarda ən əsas şey yaxın müttəfiqlərinin, yaxın tərəfdaşlarının, yaxın dostlarının olmasıdır,” katib Blinken bəyan edib. “Birləşmiş Ştatlar İsveçdən daha yaxın tərəfdaş və dost – yaxında isə müttəfiq istəyə bilməzdi.”